Bu gün Naxçıvanda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasındakı Super kubok qarşılaşmasının son dəqiqələrində maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, stadiona daxil olan iki təcili tibbi yardım maşını "Xəzər Lənkəran"ın ehtiyat oyunçular skamyasının qarşısından keçərkən bu komandanın baş məşqçisi Con Toşakın matçı izləməsinə mane olub.
 
Həyacanlı olan uelsli mütəxəssis hətta maşınların biri tərəfindən vurulmaq təhlükəsiylə də üzləşib. Belədə o, sürücüyə yaxınlaşaraq öz etirazını dilə gətirmək məcburiyyətində qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp