Rusiya ilə oyun öncəsi hər iki cəbhənin oyunçuları rəqibi qıcıqlandıracaq açıqlamalar verməkdədilər. Futbolinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Mahir Şükürov rus portallarının birinə sabahkı oyunda komandamızın qələbə qazanmaq şansının olduğunu bildirib.
 
Amma həmin saytın yazarları deyəsən, DÇ-2014-ün seçmə mərhələsində hələ də hansı yığmalarla eyni qrupda olduqlarını bilmirlər. Belə olmsaydı, Mahir Şükürovu erməni, Azərbaycan yığmasını isə Ermənistan kimi təqdim etməzdilər.
 
Bu səhvin hansı məqsədlə edilməsini çözmək elə də çətin deyil. Fikrimizcə, bu səhvin cəzasını futbolçularımız sabah meydanda öz oyunları ilə verməlidilər.
Shares: