Millimizin və "Bakı"nın şərəfi qoruyan Kamran Ağayev artıq əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, Türkiyəyə yollanan Ağayev dünən “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə bıçaq altına uzanıb.

 Xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyatda futbolçunun yırtıq menskləri kəsilərək götürülüb. Qolkiperin 1 ay futboldan uzaq qalacağı bəlli olub. 

Bundan başqa xeyli vaxtdı ambulator müalicə alan komandanın daha bir futbolçusu Mario Rubio da eyni xəstəxanada əməliyyat olunub. İspaniyalı futbolçuya ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Əməliyyatdan sonra fiziki bərpa prosesi keçəcək yarımmüdafiəçinin 6 həftə sonra yaşıl meydana dönməsi gözlənilir.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından sonra Kamran Ağayev dizində mensk yırtığı əmələ gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp