Super Kubokdakı uğursuzluqdan sonra “Neftçi” rəhbərliyi məşqçilər korpusunun istefaya göndəriləcəyini açıqladı. Bakı klubunun rəsmilərı komandanı kimə tapşıracaqlarına növbəti həftənin əvvəlində aydınlıq gətirəcəklərini bildirir. Amma təbii ki, yeni məşqçini elan etmək üçün əvvəlcə onu tapmaq lazımdı.

“Neftçi” rəhbərliyi yerli məşqçiyə güvənəcəyini açıqladığından biz də işsiz həmyerlilərimizdən məsələyə münasibət öyrənməyə çalışdıq. Adı flaqmanla qoşa çəkilən həmin mütəxəssislər isə daş atıb başını tutdu.

“Neftçi”nin baş məşqçisi olmağa ən real namizəd millinin məşqçisi Nazim Süleymanovdu. Hətta bəzi mənbələr onun keçidinin artıq baş tutduğunu bildirir. Ancaq Süleymanov bu xəbəri təkzib edir. Millinin məşqçisi ilə yanaşı digər namizədlər də ancaq inkarla məşğuldu. Dünən əlaqə saxladığımız Arif Əsədovla Yunis Hüseynov da real təklif almadıqları üçün məsələyə münasibət bildirmədilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp