Futbol üzrə Azərbaycanın U-21 yığmasının Portuqaliya ilə oyununun hakimləri açıqlanıb. Futbolinfo.az xəbər verir ki, görüşü finlandiyalı hakimlər briqadası idarə edəcək.
Belə ki, qarşılaşmanın baş hakimi 31 yaşlı Antti Munukka olacaq. Ona Matii Heyninen və Yan-Peter Aravirta kömək edəcək. Görüşün dördüncü hakimi isə Mattias Gestraniusdu.
Munukka 1982-ci ilin martın 3-də anadan olub. Finlandiyada hakimlikdən əlavə, məşqçilik və kommunakasiyalar köməkçisi vəzifəsində çalışır. 31 yaşlı referi 2010-cu ilin mayın 30-da İspaniya ilə İngiltərə arasında keçirilmiş U-17-lər arasında Avropa çempionatının finalını idarə edib. Maraqlıdır ki, beynəlxalq təcrübəsi çox olan Munukka indiyədək nə bizim, nə də Portuqaliya təmsilçilərinin görüşlərində fit sahibi olmayıb.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu sabah “Bayıl Arena”da keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.