"Xəzər Lənkəran"ın əsas komandası ilə yanaşı, əvəzedici komandası da transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu mövsüm çempionluğu qarşısına hədəf qoyan "ağ-yaşıllar"ın ikinci komandası "Bakı"ın əvəzedici heyətinin üzvlərindən olan Raul Yaqubzadəni heyətinə qatmaqda israrlıdı.
 
Əldə etdiyimiz məlumata görə, cənub klubunun baş məşqçisi Elbrus Məmmədov bu futbolçunu sərəncamında görmək istəyir. Artıq tərəflər arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, Yaqubzadə mövsümün ikinci yarısında Lənkəran təmsilçisinin uğurları üçün çalışacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp