Xəbər verdiyimiz kimi, Bolqarıstanın "Levski" klubunun hücumçusu Çvetan Genkov karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə bolqar mətbuatı məlumat yaymışdı.
 
Məlumatda bildirilirdi ki, o, yanvar ayında Premyer Liqa klublarımızdan birinin düşərgəsinə qoşulacaq. Amma Genkovun konkret hansı klubumuza keçəcəyi barədə heç bir məlumat verilmirdi.
 
Artıq onun hansı klublarımıza təklif olunduğuna dair bəzi məlumatlar əldə edə bilmişik. Genkov öncə "Neftçi"yə təklif olunub. Amma paytaxt klubu əlavə hücumçu almaq istəyində olmadığını bildirib. Belədə Çvetan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizliyə təklif olunub. Amma o da legioner yox, yerli futbolçuların xidmətində maraqlı olduğunu bildirib.
 
Qeyd edək ki, 1984-cü il təvəllüdlü bu futbolçu həm də Bolqarıstan yığmasının üzvüdü. O, karyerası ərzində Mezdra "Lokomotiv"i, Sofiya "Lokomotiv"i, Moskva "Dinamo"su (Rusiya), "Visla" kimi klublarda da top qovub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp