"Kəpəz"in daha bir üzvü komandadan ayrılmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, söhbət Şahin Kərimovdan gedir.
 
Klubla hələ altı aylıq müqaviləsi olan müdafiəçi Türkiyə klublarından dəvət alıb. O, yerli menecerlerin vasitəsilə PTT 1-ci Liqa təmsilçilərinə təklif olunub və futbolçu bugünlərdə qardaş ölkəyə baxışa yollanmalıdı.
 
Kərimov sınaqdan uğurla keçsə, çox güman ki, Gəncə klubunun rəhbərliyi onun legioner həyatı yaşamasına problem yaratmayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp