"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo yanvar ayında Ağdam klubundan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
 
Qeyd edək ki, yunanlar Çumbinyonun ölkəmizdən gedəcəyinə dair xəbərləri bir müddət öncə də yaymışdılar. Amma həmin vaxt Ağdam klubunun rəhbərliyi bu xəbərləri təkzib etmiş, Çumbinyonun komandada qalacağını açıqlamışdılar.
 
Son məlumata görə, Çumbinyo "Atromitos"a keçmək istəyir. O, hətta bunun üçün ağdamlılara 250 000 avro pul ödəməyə də hazırdı ki, tərəflər arasındakı müqaviləyə vaxtından öncə xitam verilsin. Məlumatda Çumbinyonun Yunanıstan klubu ilə 1.5 illik müqavilə barədə razılığa gəldiyi də bildirilir.
 
Xatırladaq ki, Cumbinyo “Qarabağ”a gəlməzdən əvvəl məhz “Atromitos”da çıxış edib. 2012/13 mövsümündə bu komandanın heyətində 30 oyuna çıxan 27 yaşlı yarımmüdafiəçi iki qol vurmağa nail olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp