"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhəlisində "Şalke" oyunundan sonrakı açıqlamasında dubl edən Fernando Torres barədə fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, daha əvvəl tez-tez tənqid etdiyi ispaniyalıya bu dəfə təriflər yağdırıb: 

"Fernando bu gün çox yaxşı oynadı. O, zəhmətkeş oğlandı. "Çelsi"nin Fernandonun transferi üçün ödədiyi böyük pullar onu korlamayıb. Bəzən meydanda istədiyi alınmasa da, işinə peşəkarcasına yanaşmağa davam edir. "Çelsi"yə qayıtdığımdan bəri Torres məni sevindirməyə davam edir. O, hörmət etdiyim və güvəndiyim futbolçulardan biridi".

Qeyd edək ki, Torres “Çelsi”yə 2010-cu ildə 58 milyon avro qarşılığında “Liverpul”dan keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp