“Neftçi”-nin məşqçilər korpusu – Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib. 

“Neftçi” klubu istefa vermiş məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, məşqçilər korpusunun istefasına səbəb dünən Azərbaycan Super Kuboku uğrunda keçirilən "Xəzər Lənkəran" (1:2)məğlubiyyəti olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp