"Bavariya"nın futbolçusu Aryen Robben baş məşqçisi Pep Qvardiolaya qarşı çıxıb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Viktoriya" ilə matçda (5:0) verilən penaltini oyunçu baş məşqçisinin israrına baxmayaraq, yerinə yetirməyib. Əvəzində isə Frank Riberi topun başına keçib.
 
Bu hərəkəti ilə hollandiyalı oyunçu bir növ Qvardiolanın cavabını verib. Belə ki, bundesliqanınson turunda  "Maynts"la matçda Robben penaltini yerinə yetimək istəsə də,  ispan mütəxəssis buna razılıq verməmişdi. Qarşılaşmadan sonra açıqlama verən Riberi komanda yoldaşının bundesliqada baş verənlərə görə hələ də əsəbi olduğunu bildirib. Robben isə açıqlamasında qeyd edib ki, daha bu məsələni uzatmağa ehtiyac yoxdu.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp