“Çelsi"nin sabiq müdafiəçisi Ulyam Qallas özünə yeni komanda tapıb. Fransalı müdafiəçi karyerasını Avstraliyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, Qallas bu ölkənin "Pert Qlori" klubuna keçir. 

36 yaşlı futbolçu heyətə azad agent kimi qoşulacaq. Təcrübəli oyunçu ilə bir illik müqavilə imzalanıb. Məlumatı Avstraliya klubunun rəsmi saytı da təsdiqləyib. 

Qeyd edək ki, müxtəlif turnirlərdə 577 matça çıxan Qallas 35 dəfə fərqlənib. 83 görüşdə Fransa yığmasının şərəfini qorumuş müdafiəçi bu günədək "Çelsi", "Arsenal", "Olimpiakos", "Olimpik" (Marsel), "Tottenhem" kimi klublarda forma geyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp