ÇSKA-nın yarımmüdafiəçisi Keysuke Honda “Milan”la müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə  Fransanın “Ekip” nəşri məlumat verib.

Müqavilənin müddəti 4 il yarımlığa nəzərdə tutulub. 27 yaşlı futbolçu  2014-cü ilin yanvarından “Milan”ın oyunçusu olacaq. Yaponiyalı futbolçunun dekabrda ÇSKA ilə sözləşməsi başa çatacağından onun keçidi italyanlara pulsuz başa gəlib.

Honda ÇSКА-ya 2009-cu ildə Hollandiyanın “Venlo” komandasından 6 milyon avro qarşılığında gəlib. Bu müddət ərzində Keysuke 94 oyuna 23 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp