"Mançester Yunayted"in futbolçusu Ueyn Runi baş məşqçisi David Moyes haqda müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, şotlandiyalı mütəxəssislə çalışmaqdan böyük zövq aldığını deyən ingilis hücumçu onu çox bəyəndiyini bildirib:

"Moyesin sayəsində sanki yenidən dünyaya gəldim. O, güclü məşqçidi". Moyes isə bu günlərdə 28 yaşını qeyd edən Runini artıq fərqli bir futbolçu olduğunu deyib: "O, son zamanlarda uğurlu çıxışı ilə yadda qalır. Çoxları düşünür ki, Runi əvvəlki formasına qayıdıb. Amma məncə, indi o, daha fərqlidi”.

Qeyd edək iki, Moyeslə yola getmədiyindən yay transferi pəncəsərində Runinin başqa kluba transferi gözlənilsə də, o, "M.Y."da qalmağı seçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp