FIFA-nın saytında yer alan xəbərə görə, Avstraliya Futbol Federasiyası (AFF) milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ötən həftələrdə Olqer Osiekdən boşalan posta Avstraliya U-17 və U-20 millisinin sabiq çalışdırıcısı Anhelos Postekoqlu gətirilib. 

AFF mütəxəssislə 5 illik sözləşmə imzaladığını açıqlayıb. 48 yaşlı məşqçi müqavilə müddəti 2005-ci ildə başa çatan Frank Farasdan sonra yığmanın başına gətirilən ilk yerli mütəxəssis olub. "Brisben Roar"ı iki dəfə Avstraliya çempionluğuna daşıyan Postekoqlu son olaraq "Melburn Viktori" komandasını çalışdırıb. 

Qeyd edək ki, Postekoqlunun yeni postunda ilk sınağı 19 noyabrda Kosta Rika qarşısında olacaq. Avstraliya millisi son matçında Fransaya 0:6 hesabı ilə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp