"Rəvan” Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Bakı”nı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi artıq bu oyuna hazırlığı başa vurub. Dünən axşam saatlarında "Bayıl Arena” stadionunda keçirilən məşq sonuncu olub.

Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıq ənənəvi olaraq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıb. Zədəsini sağaltmaq üzrə olan Elvin Həsənəliyev və yüngül zədəsi olan Sohib Savankulov fərdi proqramda məşq edib.

Qeyd edək ki, "Rəvan” – "Bakı” oyunu bugün saat 18:00-da "Bayıl Arena” stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp