19 yaşlardan ibarət millimizin baş məşqçisi Arif Əsədovun taleyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, noyabrda yığma komanda ilə müqaviləsi başa çatacaq çalışdırıcı artıq AFFA rəsmiləri ilə görüşüb.

Bu barədə saytımıza mütəxəssisin özü məlumat verib. Millinin baş məşqçisinin sözlərinə görə, o, artıq AFFA nümayəndələri ilə görüşüb. Görüş zamanı məşqçiyə yeni müqavilə təklif olunub və o, güman ki, daha bir seçmə mərhələdə komandanın başında olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp