Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqov, Rüfət Dadaşov və Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, Ruslan Abışov bunları söyləyib:
 
“Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik.
 
Rusiya futbolunun səviyyəsi çox yüksəkdi. Atletik futbol oynayırlar. Onlara qarşıa mübariz aparmaq bizim üçün asan olmayacaq”.
Shares: