İspaniyanın "Barselona" klubu futbolçusunu itirib. Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Conatan Dos Santos 6 aya qədər yaşıl meydanlardan uzaq qalacaq. 

Klubun yaydığı məlumata görə belçikalı oyunçu noyabrın 5-i əməliyyat olunacaq. Bu səbəbdən Dos Santosun 6 aya yaxın komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, o, "Barselona"nın heyətində indiyə kimi 28 rəsmi oyunda iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp