Topaz Premyer Liqasının üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Futbolinfo.az xəbər verir ki, "İdman Azərbaycan" kanalı ilk öncə bugün Qəbələdə baş tutacaq "Qəbələ" – "Sumqayıt" oyunu ilə futbol azarkeşlərinin görüşünə gələcək.

Daha sonra 18:00-da "Bayıl Arena"da baş tutan "Rəvan" – "Bakı" qarşılaşmasını azarkeşlər ekran başından izləyə biləcək. Bazar günü isə saat 19:00-da "Xəzər Lənkəran" – "Qarabağ" görüşü futbolsevərlərə təqdim olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp