Azərbaycan milli komandasının futbolçuları Rəşad Sadıqov, Rüfət Dadaşov və Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransında iştirak edib. Futbolinfo.az xəbər verir ki, hücumçu Rüfət Dadaşov bunları söyləyib:
“Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq. Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın”.