Bugün Topaz Premyer Liqasında 11-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Turun açılış oyunu Qəbələdə baş tutub. Çempionluğa iddialı “Qəbələ” doğma azarkeşləri qarşısında autsauder “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. I dövrədə gözlənilmədən autsayderə məğlub olan Yuri Syominin komandası bu dəfə qisas almaq fikrindəydi. Bölgə təmsilçisi bu şansını qaçırmayıb.
 
Digər qarşılaşma Bakıda keçirilib. "Rəvan" doğma meydanda "Bakı"nı sınağa çəkib. Debüt oyununda "Neftçi"yə yenilən Şahin Diniyev bu dəfə ilk xalını qazanıb. Beləcə, "Bakı" növbəti xal itkisi ilə üzləşib. 
 
Topaz Premyer Liqası
XI tur
25 oktyabr (cümə)
 
“Qəbələ” – “Sumqayıt” – 2:0 (1:0)
Qollar: Subotiç, 24. Dodo, 63
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev, Namiq Bəkirov 
AFFA nümayəndəsi: Adil Nadirov 
Hakim-inspektor: Səfər Haşımov 
Qəbələ şəhər stadionu.
 
QƏBƏLƏ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 6. Volodimir Levin (k), 9. Viktor Mendi, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 33. Elvin Camalov, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 10. Luis Paulo Hillario, 11. Yannik Kamanan, 21. Elmar Baxşıyev, 22. Assis Rodriqes, 84. Kelhar Deyan, 88. Müşfiq Teymurov
Baş məşqçi: Yuri Syomin
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Samir Abasov, 9. Orxan Əliyev, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev
Baş məşqçi: Aqil Məmmədov
 
“Rəvan” – “Bakı” – 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov 
AFFA nümayəndəsi: Oqtay Abdullayev 
Hakim-inspektor: Məhəmməd Məmmədov 
“Bayıl Arena” stadionu.
 
RƏVAN: 1. Lukaş Sapela, 38. İvan Pexa, 5. Aqil Nəbiyev, 30. Cəmşid Məhərrəmov, 21. Novruz Məmmədov (k), 40. Mişel Balokoq, 6. Ceyhun Cavadov, 27. Rəşad Abdullayev, 17. Ramazan Abbasov, 23. Kristian Torres, 14. Xuan Manuel Varea.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 19. Hüseyn Axundov, 24. Yamin Ağakərimzadə, 8. Frederik Holster, 11. Kamil Nurəhmədov, 89. Vüsal Qarayev, 9. Elnur Abdulov.
Baş məşqçi: Şahin Diniyev.
BAKI: 25. Elxan Əhmədov, 4. Pedro Mario Alvares, 17. Risto Ristoviç, 3. Yure Travner, 12. Etto, 6. Vadim Abdullayev, 23. Lukas Mario Horvat, 7. Əfran İsmayılov, 20. Mindauqas Kalonas, 21. Elvin Məmmədov, 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 30. Vüqar Bəybalayev, 2. Deyvidas Çesnauski, 10. Aleksandar Soliç, 19. Marius Pena, 15. Alberto Noquera, 8. Cavid Hüseynov.
Baş məşqçi: Milinko Pantiç.
 
Turun digər oyunları: 26 oktyabr: AZAL – İnter, 27 oktyabr: Simurq – Neftçi, Xəzər Lənkəran – Qarabağ.
 
1 Qəbələ 11 7 1 3 17 9 +8 22
2 Qrabağ 10 6 3 1 17 4 +13 21
3 Neftçi 10 6 3 1 14 7 +7 21
4 AZAL 10 4 3 3 11 13 –2 15
5 Bakı 11 4 3 4 18 12 +6 15
6 XL 10 3 4 3 9 10 –1 13
7 Simurq 10 3 4 3 9 9 0 13
8 İnter 10 3 1 6 16 16 0 10
9 Rəvan 11 1 4 6 5 21 –16 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Əfran İsmayılov (Bakı), Bahodir Nəsimov (Neftçi).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp