Premyer Liqanın XI turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" bu oyuna ciddi itkilərlə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Maksim Medvedev sarı kart limitini doldurduğuna görə Lənkərandakı oyunu buraxmalı olacaq.
Qara Qarayev isə zədə səbəbindən bu oyunda iştirak etməyəcək. Dünənki məşqi yarımçıq dayandıran Leroy Corcun da cənublularla matçda iştirak edib-etməyəcəyi sual altınadadı.
Qeyd edək ki, "Xəzər-Lənkəran" – "Qarabağ" oyunu bazar günü 19:00-da keçiriləcək.