“Qəbələ”nin az öncə başa çatmış “Sumqayıt”la görüşdə meydana qara sarğı ilə çıxmasının səbəbi bilinib. Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Nizami Hacıyevin qardaşının vəfatıdı.
 
Qeyd edək ki, buna görə oyun 1 dəqiqəlik sükütla başlayıb. Ötən tur “İnter”lə matçda 90 dəqiqə forma geyən Nizami Hacıyevin özü isə bu görüşdə “18-liy”ə daxil edilməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp