“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Rəvan”ın fiziki göstəricisi çox aşağı səviyyədədi. Mənim elə komandam olsaydı, utanardım. Tez tez yerə yıxılmaları, vaxt aparmağa çalışmaları da buna nümunədi. Amma hər elə epizodda hakim onların üzünə gülürdü. Bütövlükdə, oyun ərzində “Rəvan”ın 5-6 hücumu oldu. Mən hakimə heç bir etiraz etmirəm. Amma oyuna mane olmasınlar. Sürətli oyun getməsini istəyirəm”.
Pantiç “oyundan sonra baş hakim Fariz Yusifova yaxınlaşıb, nəsə dediniz. Bilmək olar ona nəyə görə etiraz edirdiniz” sualına belə cavab verdi: “Mən ona heç bir etiraz bildirmədim (gülür). Sadəcə, onu qucaqlayıb, təşəkkür etmək istəyirdim. Amma o, buna icazə vermədi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp