15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-gərargahının ərazisində yerləşən stadionda təşkil olunmuş, 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Yeniyetmələr arasında Olimpiya oyunlarına seçmə xarakter daşıyacaq turnirdə İsrail komandası ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
 
Qolları Nərmin İsmayılova və Gültac Məmmədəliyeva vurub.
 
Futbolçularımız oktyabrın 16-da keçiriləcək final oyununda Slovakiya – Rumıniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
 
Xatırladaq ki, mini-turnirin qalibi Yeniyetmələr arasında Olimpiya oyunlarına vəsiqə qazanacaq.
Shares: