Topaz Premyer Liqasının 11-ci turunda “Simurq” "Neftçi"ni qonaq edəcək. Futbolinfo.az xəbər verir ki, oktyabrın 27-də "Şəfa” stadionunda keçiriləcək qarşılaşmaya Zaqatala təmsilçisi hazırlıqları davam etdirir.
 
Dünən axşam saatlarında növbəti məşqinə çıxan "Simurq", iki saata yaxın davam edən çalışmalara qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra taktiki və texniki təmrinlər yerinə yetirilib, ikitərəfli oyunun ardından qapıya zərbələr edilib. Bu gün axşam saatlarında növbəti məşqinə çıxacaq komanda hazırlıqları tamamlayaraq istirahətə çəkiləcək.
 
Heyətdə "Neftçi"ylə oyun öncəsidzədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndi. Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaytsman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyun öncəsi məşqdə əzələsini dartan Dilaver Zrnanoviç, "Neftçi"ylə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdə də iştirak edir.
 
Qeyd edək ki, "Simurq" – "Neftçi" oyunu sabah saat 18:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi isə Əliyar Ağayev təyin edilib. (klub saytı) 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp