“Dünya çempionatı indi keçirilsəydi, Dieqo Kostanı yığmaya dəvət edərdim” – bu sözləri Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari deyib. Futbolinfo.az xəbər verir ki, bir müddət öncə İspaniya Futbol Federasiyası (İFF) FİFA-ya müraciət edərək “Atletiko”nun forvardı Dieqo Kostanın milliyə cəlb olunması üçün razılıq istəmişdi.
 
Lakin Skolari son vaxtlar sərgilədiyi oyun və vurduğu qollarla diqqət mərkəzinə düşən hücumçunu əldən vermək istəmədiklərini bəyan edib: “Hazırda irəlidə bizim yegənə forvardımız Freddi, amma o, zədələnib. Kostaya əsas mərkəz hücumçusu gözü ilə baxıram. Əlavə olaraq, daha bir forvad tapmalıyıq. Mən onu noyabrın 16 və 19-da keçirəcəyimiz yoldaşlıq oyunlarına çağırmağa hazırlaşıram. Kosta bilir ki, ispanlar da onu öz yığmalarında görmək istəyirlər. Ancaq Dieqo Braziliya millisinin heyətində 2 oyun keçirib. Düşünürəm ki, o, İspaniyanı deyil, Braziliyanı seçəcək. İstənilən halda qərarı özü verəcək”.
 
Qeyd edək ki, Kosta cari mövsüm La Liqada 9 oyunda 10 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp