"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini sabiq futbolçusunu İstanbulda görmək istəyir. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis "Mançester Siti"nin üzvü Edin Dzekonun transferində maraqlıdı. 
 
“Qalatasaray"ın prezidenti Ünal Aysal da bosniyalı ulduzu komandasında görmək istədiyini gizlətmir. "Cim-Bom" artıq Dzekonun keçidi ilə bağlı "Mançester Siti"yə müraciət etsə də, aldığı cavabdan şok olub. Belə ki, "şəhərlilər" bosniyalıya görə 17 milyon avro tələb edir. Bu rəqəm heç cür "Qalatasaray" rəhbərliyini qane etmədiyindən tərəflərin yenidən masa arxasına əyləşəcəyi gözlənilir.
 
Qeyd edək ki, Dzeko ötən günlərdə verdiyi açıqlamada yay kimi “Mançester Siti"ni tərk etmək barədə düşünmədiyini bildirmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp