Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 16-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da bu gün növbəti matçına çıxıb.
 
Həmyerlimizin komandası evdə “Karşıyaka” ilə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, Davud Kərimi bu oyunda da ehtiyatda qalıb.
 
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 4 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.
 
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
 
Fethiyespor – Karşıyaka – 0:3
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp