Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
 
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Manisaspor”la qarşılaşıb. 6 qolun vurulduğu bu oyunda tərəflər hərəyə 1 xalla kifayətləniblər. 
 
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç yenə heyətə düşməyib. Nduka isə 90 dəqiqə meydanda olub. O, 35-ci dəqiqədə sarı vərəqə almağa da imkan tapıb.
 
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qəraraşıb.
 
Türkiyə PTT Birinci Liqası
10-cu tur
26 oktyabr
 
Tavsanlı Linyitspor – Manisaspor – 3:3
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp