“Xəzər Lənkəran” klubu əzəli rəqibi “Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovu “ağ-qaralar”ın baş məşqçisi təyin olunması münasibətilə təbrik edib. Futbolinfo.az saytına bu barədə cənub klubundan məlumat daxil olub.
 
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Süleymanova təbrik məktubu artıq “Neftçi”yə göndərilib. “Xəzər Lənkəran” sabiq məşqçisinə yeni klubunda uğurlar arzulayıb.
 
Maraq üçün xatırladaq ki, Nazim Süleymanov 2004-cü ildə qısa müddətə “Xəzər Lənkəran”ın da sükanı arxasında çalışıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp