FİFA prezidenti Yozef Blatter Dünya Çempionatı ilə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ali futbol qurumunun rəhbəri Afrika Futbol Federasiyasının DÇ-də beş komanda ilə təmsil olunmasını ədalətsiz hesab etdiyini deyib.
 
Blatter DÇ-də iştirak edən 32 komanda arasında Avropa və Cənubi Amerika təmsilçilərinin çoxluq təşkil etdiyini bildirib: “Afrika və Asiya DÇ-də kifayət qədər təmsil olunmur. Hesab edirəm ki, bu vəziyyət aradan qaldırılmalıdı. Belə olan halda həmin ölkələrdə futbol nə qədər güclənsə də, onlar bu kuboku qazana bilməyəcəklər. Afrikada 64 milli komanda olsa da, komandalardan yalnız beşi DÇ-də iştirak edə bilir. Fikrimcə, bu, ədalətsizlikdi”.
 
Qeyd edək ki, növbəti DÇ gələn il Braziliyada keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp