"Yaxşı futbol oynamaq üçün cəsarətli olmalıyıq. Sadəcə müdafiə olunub gözləməməliyik. "Barselona"ya qarşı topa sahib olmaq çətin olduğu üçün ən böyük silahımız sürətli hücum təşkil etmək olacaq. Oyunçularıma güvənirəm. Çünki sonuncu dəfə "Nou Kamp"da yaxşı oyun nümayiş etdirmişdilər. Ora futbol oynamağa gedəcəyik. Əlimizdən gələnin ən yaxşısını edib səviyyəmizi göstərəcəyik".
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqada "Barselona" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib. İtaliyalı prinsipial qarşılaşmada favorit görmədiyini sözlərinə əlavə edib:
 
"Bundan əvvəlki oyun çox yaxşı təsir bağışlamışdıq. Favorit kimdi, bilmirəm. Ancaq hesab edirəm ki, bir çox insan "Barsa"nın qazanacağını düşünür.  Bu da bizim üçün pis deyil".
 
Yeri gəlmişkən, "Real"ın 91 milyon avroluq transferi Qaret Beyl də "El-Klassiko" öncəsi maraqlı açıqlama verib. Uelsli futbolçu bu matça start heyətində başlamaq istədiyini bildirib: "Barselona" ilə oyunun start heyətində olacağıma əmin deyiləm. Ancaq bunu çox istərdim. Çünki son məşqlərdə çox çalışmışam və hazırda yaxşı formayadam. Ancaq oyuna sonradan girsəm belə, əlimdən gələnin ən yaxşısını edəcəm. Səfərdən üç xal götürməklə çempionluq yolunda irəliləmək istəyirik".
 
Qeyd edək ki, "Barselona" – "Real" oyunu bu gün saat 21:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp