Daha öncə verdiyi açıqlamasında Madrid "Real"ından ayrıla biləcəyini deyən İker Kasilyası heyətinə qatmaq istəyən klubların sayı artmaqdadı. Futbolinfo.az xəbər verir ki, son olaraq İtaliya nəhəngi "İnter"in ispan qolkiperlə danışıqlara başlamaq istədiyi xəbərləri yayılıb.
 
"Real"ın əsas heyətindən kənarda qalan Kasilyasla "Barselona", “Monako”, “Arsenal” kimi klubların da maraqlandığı bildirilir. Sözügedən klubların qış transfer dövründə 32 yaşlı qapıçı ilə danışıqlara başlayacağı gözlənilir.
 
Qeyd edək ki, Kasilyas 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp