Rusiyanın futbol şərhçisi Georgi Çerdantsev Azərbaycan və Rusiya yığmaları arasında oyun öncəsi sualları cavablayıb. Futbolinfo.az xəbər verir ki, o, bu qarşılaşma öncəsi bunları söyləyib:
“Bir neçə şeydən ehtiyat edirəm. Birincisi, komandamız həlledici oyunlara çıxanda problemlərlə üzləşir. Müəyyən nəticə tələb olunan oyunlarda çətinliklərlə üzləşdiyimiz çoxlu oyunları xatırlayıram. Prinsipcə, Rusiya yığmasını heç-heçə də təmin edir, ancaq düşünürəm ki, problemlər olmayacaq. Aydındı ki, Azərbaycan yığması yaxşı məşqçisi olan yaxşı komandadı. Bu komanda futbol oynamağı bacaran, bu mərhələdə buna dəfələrlə şahidlik etdiyimiz yığmadı. Əlbəttə, əgər Portuqaliya İsraili məğlub edə bilsəydi, mənim Azərbaycanla bağlı ehtiyatım dəfələrlə yüksələrdi. İndi isə, təkrar edirəm, heç-heçə bizi qane edir və ümid edirəm ki, Rusiya yığması səhv buraxmayacaq. İndi Rusiya yığmasının yeganə mənfi cəhəti azərkeşləridi. Ümid edirəm ki, buna bir son gələcək. Onlar komandamızı pis vəziyyətdə qoyur. Bakıya kimin gedəcəyini bilmirəm, ancaq azarkeşlərin toqquşması mümkündü”.
“Mən Azərbaycan yığmasının futbolçularının karyerası və oyununu ciddi izləmirəm. Bilirəm ki, Rusiya çempionatında Ruslan Abşışov oynayır. Ancaq belə xüsusiliklə Azərbaycan yığmasının oyunçularını tanımıram. Azərbaycanla oyunda məğlubiyyəti Kapello üçün faciə hesab etmək olarmı? Bəli, faciə olar. 12 il ərzində ilk dəfə olaraq biz bu məqsədə yaxınıq. Bu imkanı qaçırmaq faciədi”.