Hazırda Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL doğma divarlar arasında “İnter”i qəbul edir. Futbolinfo.az xəbər verir ki, ilk yarısı qolsuz bitən qarşılaşmanı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da Şüvəlan qəsəbəsindəki stadiondan canlı izləyir.
 
Çox güman ki, bölgə klubunun rəsmisi paytaxt təmsilçisinin heyətində hansısa futbolçunu gözaltı edib. Vaxtilə “İnter”də çalışmış Səfiyarlı yayda Vladimir Levin, İbrahima Niasse, Nizami Hacıyev kimi futbolçuları “Qəbələ”yə aparmışdı. Onun bu siyahıya yeni futbolçular əlavə etməsi istisna olunmur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp