AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Çox vacib oyun idi. Oyunçuların fərdi ustalıq səviyyəsi öz sözünü dedi. Komanda şəklində biz güclüyük. Rəqib hər iki qolu futbolçuların fərdi ustalığı sayəsində vura bildi. Qapımıza o qədər də çox hücum olmadı. Hər iki komanda 3 xal üçün mübarizə apardı. Komandam pis təsir bağışladı. Asif Məmmədovun gözəl qolu rəqibin qələbəsinə möhürünü vurdu. Rəqib bizim cinahlardan fəallığımızın qarşısını ala bilmişdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp