“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Bugünkü oyundan da, nəticədən razı qaldım. “Bakı” ilə oyundan bu yana bizdə müsbətə doğru dəyişiklik var. Sevindirici haldı ki, futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. AZAL-ın kollektiv ruhu var, bu cür komandaya qarşı oynamaq çox çətindi. Vaqif Sadıqov yaxşı komanda yaradıb. Bugünkü oyundan bilinirdi ki, biz uğur qazanacağıq. Komandamı təbrik edirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp