Futbol üzrə Rusiya yığma komandası Çərşənbə axşamı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşmaq üçün Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün Fabio Kapellonun yetirmələri “Bakcell Arena”da açıq məşqə çıxacaqlar.
Məşqçi isə komandanın kapitanı ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablayacaq.
Bu arada Kapello Bakıya gəlişindən sonra komandanın planlarını dəyişib. Qonaqlar məşqə 18:00-da başlamalı olsalar da, Bakıya gələndən sonra vaxtı 18:45-ə keçiriblər. Bununla əlaqədar 19:45-ə təyin edilmiş mətbuat konfransının vaxtının dəyişiləcəyi də gözlənilir.
Xatırladaq ki, məşq “Bakcell Arena”da keçiriləcək.