Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Lokomotiv”lə üz-üzə gəlib.
 
Oyun doğma meydanda keçirilirdi. Buna baxmayaraq, "Rubin" doğma azarkeşlərinin gözü önündə məğlubiyyətdən qaça bilməyib. 
 
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Lakin son dövrlər zədədən əziyyət çəkən futbolçumuz bu görüşün iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 16 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.
 
Rusiya Premyer Liqası
14-cü tur
27 oktyabr
 
Rubin – Lokomotiv – 1:2
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp