Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover “in ikinci komandası 13-cü tur çərçivəsində “Verder”i qəbul edib.
 
Qarşılaşma “Hannover”in 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. O, 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb.
 
Qeyd edək ki, Gökdəmirin komandası hazırda 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp