Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Bakı”nı  öz meydanında qəbul edən “Rəvan” qol vurmağı bacarmasa da, öz qapısınının toxunulmazlığını qoruya bildi. “Rəvan”ın yarımmüdafiəçisi Hüseyn Axundov oyun haqda fikirlərini futbolinfo.az saytına bölüşüb:
“Oyunun ağır olacağını əvvəlcədən də bilirdik. Elə də oldu. Sona kimi vuruşduq. Əsas məqsədimiz qalib gəlmək idi. Amma buna nail ola bilmədik. Hesab oyuna görə oldu. Heç-heçə ədalətli nəticədi. Oyundan da, nəticədən də razıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp