“Rəvan”ın futbolçusu Aqil Nəbiyev komandasının Şahin Diniyevin baş məşqçi postuna gəlişindən sonrakı durumundan danışıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandada vəziyyət get-gedə yaxşılaşır. Son pillədə olduğumuz üçün komandada psixoloji durum elə də yaxşı deyildi. İndi ən azından psixoloji vəziyyət yaxşılaşıb. Çünki o, öz təcrübəsini uşaqlara yaxşı aşılayır. Özünüz də görürüsüz ki, irəliləyiş var”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp