Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan – Rusiya oyunu ilə bağlı keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bunları söyləyib:
“Məm Şimali İrlandiya ilə oyunu görmüşdüm. Azərbaycan yığmasında Moskvadakı oyunla müqayisədə çoxlu dəyişikliklər olub. Heyətdə səkkiz yeni oyunçu var. Şimali irlandiyalılara layiqli qalib gəldiniz. Ancaq biz səhər öz oyunumuzu göstərməliyik”.
 
“Bakcell Arena”nın ot örtüyü haqqında danışan baş məşqçi nə razılıq, nə də narazılıq bildirib: “Oyunun keçirilmə yerini mən seçməmişəm. Bizə bunu yalnız qəbul etmək qalır. Aqronom bizdən qapıçı meydançasını istifadə etməməyi xahiş etdi ki, örtük korlanmasın”.
Kapello Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov haqqında da fikirlərini açıqlayıb: “Son günlər biz Lüksemburqla oyun barədə düşünürdük, meydandankənar hadisələr barəsində yox. Hamı, o cümlədən Səmədov yaxşı oynadı. O, inid yaxşı vəziyyətdədi”.
 
Rusların baş məşqçisi sabahkı oyundan gözləntilərini də bildirib: “Mən oyunçularıma bizə yalnız bir nəticə lazım olduğunu dedim. Heç-heçə bizi maraqlandırmır. Son dörd görüşdə olduğu kimi yalnız qələbəyə oynayacağıq. Hər oyun qabağı həyəcan olur. Ancaq biz bunu kənarlaşdırmağa çalışırıq. Mən komandanı Azərbaycanla oyuna hazırlamaq üçün hər şey edirəm. Bu oyun istənilən oyun kimi bizim üçün çox vacibdi”.
Shares: