Futbol üzrə Rusiya yığmasının azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı keçirdikləri oyunla bağlı yeni açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
– Bakıdakı oyundan öncə cəmi 3 saat yata bilmişdim.
 
– Sizi belə narahat edən nə idi ki? Orada üzləşə biləcəyiniz xoşagəlməz vəziyyət?
– Tamamilə başqa səbəblər var idi. Bəlkə də ona görə ki, bu, yığmamız üçün həlledici qarşılaşmaydı.
– Oyundan sonra Azərbaycan yığmasının kapitanı ilə nəyisə müzakirə edirdiniz. Yüksək tonda danışırdınız?
– Xeyr. Hər şey normal idi. Nə istədiyimizi aydınlaşdırdıq. Ortada qaranlıq qalan məqam olmadı.
 
– Atanız o vaxt sizə Azərbaycan yığmasında oynamağa tələsməməyi tövsiyyə etməklə haqlı çıxdı və siz nəhayət Rusiya millisinə dəvət olundunuz…
– Hər şey o qədər də asan olmadı. Mən Rusiya yığmasında oynamağa qərar verəndə atam məni dəstəklədi. Mən şansımı gözləyirdim. İki il öncə nəhayət Rusiya millisində debüt etdim. Dik Advokatın rəhbərliyi altında. O vaxt bizim sadəcə Slovakiya və Andorra ilə oyunlarımız qalırdı. Məni ilk dəfə məhz həmin vaxt yığmaya çağırdılar.
– 27 yaşınızda…
– Elədi. Amma bunun üçün heç vaxt gec deyil. Ən azından mənə elə gəlir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp