“Neftçi”nin nəzdində olan İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda xeyli müddət idi yenidənqurma işləri aparılırdı. Amma hazırda iş dayandırılıb. Məhz bunun səbəbini öyrənmək üçün yolumuzu bu stadiondan saldıq.
 
Bizi qarşılayan stadionun direktoru Məmmədəli Məmmədov oldu. Məmmədəli bəy stadionun son vəziyyəti və gələcək planlar barədə futbolinfo.az saytına danışdı:
 
– İşlər dayandırılıb. Səbən nədi?
– Bəli, stadionda işlər dayandırılıb. Bu barədə Sadıq Sadıqovun da məlumatı var. İnşallah yaxın gələcəkdə, hardasa illin sonlarında işlərin bərba olunması nəzərdə tutulub. Ondan sonra görəcəksiz ki, stadion nə vəziyyətdə olacaq.
 
– Hazırda hansı işlər yekunlaşıb, hansına isə heç başlanılmayıb?
– Elə bir iş yoxdu ki, başlanılmasın. 6 mərtəbəli bazanın 3 mərtəbəsi inşa olunub. 60 metr hündürlüyü, 80 metr isə uzunluğu olacaq. İçində hər bir şeyi olacaq: otaqlar, fitnes, hovuz, konfrans zalı və s. Ancaq vaxtı haqda hələ dəqiq bir söz deyə bilmərik. Bazanın yanında isə ehtiyyat meydança tikiləcək. Hələ fikrimiz var ki, bazanın digər tərəfində 60-70 metrlik bir ehtiyat meydança da tikək.
 
– Ehtiyat meydançalar süni örtüklü olacaq?
– Xeyr, təbii. Əgər biz bu gün “Neftçi” üçün şərait yaradırıqsa, təbii ot örtüklü olmalıdı. Süni ot örtüklü, üstü qapalı meydançamız var. O, uşaqlar üçün nəzərdə tutulub. Bildiyiniz kimi, bu gün Azərbaycanda əksər arenalar süni örtüklü edilir. Bu stadion Bakıda təbii ot örtüklü qalan 3-4 arenadan biridi. Ona görə uşaq kimi baxıb bəsləyirik.
 
– Qazon xaricdən gətirilmədi, yoxsa?
– Toxumlar Çindən gətirilib. 5 il əvvəl bir türk firması bu stadiona götürülmə rulon sərdi. Yaxşı alındı. Amma onlar bizim mühiti nəzərə almamışdılar. 6-7 ay yaxşı vəziyyətdə qaldı, sonra isə bizim tariximizdə olmayan bir şey baş verdi. Ot örtüyü yanmağa başladı. Baxmayaraq ki, daim qulluq olunurdu. Sadıq müəllim kluba gəldikdən sonra onunla məsləhətləşdik. Özümüz başda olmaqla 15 nəfər işçi ilə qazonu yenilədik.
 
– Ot örtüyündə bəzi qüsurlar nəzərə çarpır…
– Bəli, bəzi çatızmamazlıqlar var. O da yığmanın son məşqlərinin nəticəsidi. Bildiyiniz kimi, millimiz son oyunlara bu stadionda hazırlıq keçirdi. Hətta Berti Foqts bildirmişdi ki, bu stadion məşqimiz üçün yararlıdı. Məşq zamanı gücü bir hissəyə veriblər deyə, qazonun həmin hissəsi zədələnib. Sadıq müəllim də tapşırıb ki, milli üçün nə lazımdısa, şərait yaradın. Onlar da sağ olsunlar, son oyunlarda üzümüzü ağ etdilər. Bizim də burda təmənnasız əməyimiz var (gülür).
 
– Tribunaların artırılması nəzərdə tutulub?
– 5000 tamaşaçı tutumu olan bazadı. Ola bilər ki, əks istiqamətdə də tribuna tikilsin. Amma o tərfələr tam sökülüb, təmir olunduqdan sonra. Hardasa, 2000 tamaşaçı üçün yer artırıla bilər. Oturacaqların dəyişdirilməsi nəzərdə tutulub. Hələ görüləsi iş çoxdu. Bura bizim evimizdi. Yaxşı olması üçün nə lazımdı edəcəyik.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp