Vaqif Sadıqov üçün yubiley oyunu 
 
Topaz Premyer Liqasının 11-ci turu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis paytaxt təmsilçisinin baş məşqçisi postunda 50-ci oyununu keçirib.
 
Son turda paytaxt derbisində “İnter”ə 0:2 hesabı ilə uduzan AZAL-ın baş məşqçisi 50 matçda 22 qələbə, 15 heç-heçə və 13 məğlubiyyətə şahid olub. Sadıqovun rəhbərliyi altında 73 qol vuran komanda üçün “İnter”lə görüşdə buraxılan ilk top 50-ci olub.  
 
mövsüm
turnir
o
q
h
m
t
x
2011/12
Premyer Liqa
6
2
3
1
5-3
9
2012/13
Premyer Liqa
32
16
9
7
57-32
57
2012/13
Kubok
1
0
0
1
0-1
0
2013/14
Premyer Liqa
11
4
3
4
11-15
15
Cəmi:
50
22
15
13
73-51
81
 
75-ci oyunlarında qol vura bilmədilər
 
Topaz Premyer Liqasının XI turu çempionatın ən gənc komandaları “Rəvan”la “Sumqayıt” üçün də əlamətdar olub. Mövsümün autsayderləri 3-cü dəfə çıxış etdikləri Premyer Liqada yubiley matçlarına çıxıb. Hər iki komanda üçün arxada qalan turun matçı 75-ci olub.
 
Lakin nə “Rəvan”, nə də “Sumqayıt” yubiley oyununda qol vurmağa nail olub. Paytaxt təmsilçisi “Bakı” ilə qolsuz heç-heçə etməklə 1 xal qazana bilib. Sumqayıtlılar isə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub. 
 
Klub
oyun
qələbə
heç-heçə
məğlubiyyət
top fərqi
xallar
Rəvan (Bakı)
75
23
19
33
90
111
88
Sumqayıt
75
16
16
43
63
121
64
 
Şahin Diniyev “100”ə çatdı
 
Topaz Premyer Liqasının XI turu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Yeni klubunda ilk xalını qazanan mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan çalışdırıcı “100”ə 3-cü klubunda çatıb.
 
“Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların “sükanı arxasında” olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Mütəxəssis Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşüb. 
 
Qarabağ-Azərsun (Ağdam)
2001/02
25
13
2
10
41-34
41
Qarabağ-Azərsun (Ağdam)
2003/04
26
19
3
4
63-17
60
Gəncə
2004/05
34
11
9
14
37-37
42
Gəncə
2005/06
13
6
6
1
22-8
24
Rəvan
2013/14
2
0
1
1
1-2
1
Cəmi:
 
100
49
21
30
164-98
168
 
(PFL)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp