Topaz Premyer Liqasının 11-ci turu çərçivəsindəki "Bakı” ilə qarşılaşmadan sonra “Rəvan”ın üzvlərinə 2 günlük istirahət verilmişdi. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, şənbə və bazar günü dincələn futbolçular bu gün yenidən bir araya gəliblər.
 
Belə ki, "Rəvan” 12-ci turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib.
 
Bu gün "Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün yetirmələrinə tapşırıqlarını verə bilib. Çünki zədəli Elvin Həsənəliyevlə Sohib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. Bügünkü çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi yetirmələrinin topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp